Türkiyədə 4 məhəllə quduzluq səbəbilə karantinə ALINDI

27.05.2025

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Türkiyənin Hatay vilayətinin Samandağ rayonunda bir itdə quduzluq aşkar edildikdən sonra 4 məhəllə karantin rejiminə alınıb.

Redaktor.az xəbər verir ki, rəsmi mənbələrdən əldə edilən məlumata görə, 23 may tarixində Tekebaşı məhəlləsində bir itdə quduzluq aşkarlanıb.

Hadisədən sonra Samandağ Qaymaqamlığı və Rayon Kənd Təsərrüfatı və Meşə İdarəsi tərəfindən Tekebaşı ilə yanaşı Çöğürlü, Gözene və Meydan məhəllələrində də karantin tədbirləri tətbiq olunub.

Qərar müvafiq məhəllə muxtarlarına rəsmi şəkildə bildirilib.

Kənan YUSİF 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью