Türkiyədə 4 mərtəbəli bina uçdu

09.12.2024

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Zəlzələlərdən böyük ziyan görən 4 mərtəbəli bina uçub. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Malatya bölgəsində baş verib. Hadisə yerli saatla 19.45 radələrində baş verib. Əldə edilən məlumata görə, mərkəzi Kahramanmaraşda olan zəlzələlərdə böyük ziyan görən və gündüz saatlarında qismən dağılan 4 mərtəbəli bina böyük səs-küylə uçub. Küçə sakinləri böyük qorxu yaşadıqlarını bildiriblər. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью