Türkiyədə 4 ü qadın olmaqla 5 nəfər evlərində ölü tapılıb

23.01.2025

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xalqcəbhəsi.az Türkiyənin “haberglobal.com.tr” saytına istinadən bildirir ki, Türkiyənin Elazığ bölgəsində bir gündə 4-ü qadın olmaqla, 5 nəfər müxtəlif xəstəliklər səbəbilə evlərində ölü tapılıb.

Hadisələr səhər saatlarında baş verib. Yaxınları müxtəlif ünvanlarda yaşayan N.G., M.Ö., A.K., B.Ş.-nin və adı müəyyən olunmamış şəxsdən xəbər ala bilməyib.

Hadisə yerinə polis, sağlamlıq və xilasetmə qrupları gəlib. İlkin müayinədə epilepsiya xəstəsi olan A.K.-nın tutması baş verdiyi üçün, digərlərinin isə təbii ölüm səbəbindən vəfat etdiyi müəyyən edilib.

Müayinədən sonra meyitlər dəfn olunmaq üçün yaxınlarına verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью