Türkiyədə 4 yaxta yanaraq kül oldu FOTO

10.04.2025

Icma.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin Muğla vilayətinin Fethiye rayonunda 4 yaxta yanıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb. 

Bildirilib ki, gəmilərdən birində naməlum səbəbdən başlayan yanğın küləyin təsiri ilə ətrafdakı digər üç gəmiyə keçib.

Əraziyə xilasetmə, sağlamlıq və polis qrupları cəlb olunub. 

Tüstüdən zəhərlənən 2 adama hadisə yerində müdaxilə edilib. 

Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Ağarza Elçinoğlu


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью