Türkiyədə 407 sayta giriş bloklandı QƏRAR

24.11.2026

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

Türkiyədə qumar, fırıldaqçılıq və seksual məzmun paylaşımı ilə əlaqəli olduğu müəyyən edilmiş 407 sayta giriş bloklanıb.

"Haber Global"ın məlumatında deyilir ki, bu barədə Türkiyənin Kibertəhlükəsizlik İdarəsi qərar qəbul edib.

Belə ki, 16-22 noyabr tarixləri aralığında 793 sosial şəbəkə hesabı və URL ünvanı araşdırılıb. Nəticədə 342 saytda qanunsuz mərc oyunlarının oynandığı, beş saytda fırıldaqçılıqla məşğul olunduğu və 60 saytda isə seksual xarakterli məzmun paylaşıldığı aşkara çıxarılıb. İdarənin qərarı ilə həmin saytlara giriş məhdudlaşdırılıb.

Mətləb

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью