Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Erzurum şəhərinin Hınıs rayonunda 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Redaktor.az xəbər verir ki, AFAD-ın məlumatına görə, yeraltı təkanlar 6,94 kilometr dərinlikdə meydana gəlib.
Sarsıntıdan sonra rayon sakinləri təşviş içində küçələrə çıxıb. Bölgədə qar örtüyü və soyuq hava şəraiti davam edir.
Hınısın Kaymakamı Onur Bektaş hazırda hər hansı ciddi problemin olmadığını bildirərək araşdırmaların davam etdiyini qeyd edib.
Kənan YUSİF Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.