Türkiyədə 4,7 bal gücündə zəlzələ olub

02.02.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyədə Egey dənizində yerli vaxtla saat 10:22-də 4,7 bal gücündə zəlzələ olub.

APA xəbər verir ki, yeraltı təkanlarla bağlı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ ölkənin Muğla vilayətinin Bodrum rayonundan 171,26 kilometr məsafədə meydana gəlib. Yeraltı təkanların ocağı dənizin 6,64 kilometr dərinliyindədir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью