Türkiyədə 4,8 bal gücündə zəlzələ baş verib

04.10.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ yerin 7,99 km dərinliyində baş verib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью