Türkiyədə 485 min əlyazma və nadir çap əsəri rəqəmsallaşdırılıb

17.08.2026

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

İstanbul, 17 avqust, AZƏRTAC

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən rəqəmsallaşdırma layihəsi çərçivəsində 485 min əlyazma və nadir çap əsəri elektron platformaya köçürülüb. Materiallar Türkiyə Əlyazma Əsərlər Qurumu Başkanlığının (TÜYEK) idarə etdiyi, öz sahəsində dünyanın en böyük resurslarından sayılan “Yazma Əsərlər Portalı”nda yerləşdirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, portalın 30 mindən çox istifadəçisi var və bu günədək platformaya 1,366 milyon ziyarət qeydə alınıb. Bütün materiallar fiziki bütövlüyü qorunmaqla yüksək keyfiyyətlə rəqəmsallaşdırılıb və beynəlxalq kataloq standartlarına uyğun təqdim edilir.

Məsələ ilə bağlı açıqlama verən Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib ki, layihə əsrlərlə toplanmış elm, mədəniyyət və təfəkkür irsini qlobal miqyasda əlçatan edir, eyni zamanda nadir nümunələri zamanın və istifadənin yetirdiyi zədələrdən qoruyur.

TÜYEK hazırda süni intellekt və müasir texnologiyalar vasitəsilə əsərlərin rəqəmsallaşdırılması, kataloqlaşdırılması və mətnlərin elektron formata keçirilməsi istiqamətində işləri davam etdirir.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью