Türkiyədə 5 əyalətdə keçirilən əməliyyatlarda 96 ekzotik heyvan ələ keçirildi | Icma.az
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq. Mərkəzi Ankara olan 5 vilayətdə qanunsuz yollarla Türkiyəyə qadağan olunmuş heyvanları
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatlarda12 şübhəli saxlanılıb.
Əldə edilən məlumata görə, Ankara Qərb Respublika Baş Prokurorluğu tərəfindən ölkə ərazisinə qanunsuz olaraq satışı qadağan edilən heyvanların gətirilməsi, çoxaldılması və ticarəti ilə məşğul olan şəxslərə qarşı aparılan istintaq tədbirləri çərçivəsində əməliyyat keçirilib.
6 aylıq texniki və fiziki nəzarətdən sonra Ankara Polis İdarəsi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsinin koordinasiyasında Ankara, İstanbul, Bursa, Sakarya və İzmirdə eyni vaxtda keçirilən əməliyyatda 12 şübhəli tutularaq saxlanılıb.
Müəyyən edilmiş ünvanlarda aparılan axtarışlar zamanı müxtəlif növ 21 ekzotik ilan, 20 ilan yumurtası, 1 meymun, 4 dələ, 27 hamster siçanı, 26 "Gecko” kərtənkələ, 9 "Tarantula” hörümçək və 8 "Sultan və Göy qurşağı” aşkar edilib.
Oksana Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu