Türkiyədə 53 nəfərin ölümü ilə nəticələnən terror aktının iştirakçılarından biri saxlanılı…
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə 2013-cü ildə terror aktında iştirak edənlərdən biri olan Cengiz Sertel ələ keçirilib.“Report” “Akşam”a istinadən xəbər verir ki, o, polis orqanlarının və Milli Kəşfiyyat İdarəsinin birlikdə keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.Əməliyyatın təfərrüatları açıqlanmır.Məlumata görə, o, qırmızı bülletenlə axtarılırdı.Qeyd edək ki, 2013-cü ildə Türkiyənin Hatay vilayətinin Reyhanlı rayonunda törədilən iki bombalı terror aktı nəticəsində 53 nəfər ölüb, 146 nəfər yaralanıb.
Bu, Türkiyədə törədilən ən ciddi terror hücumlarından biri hesab olunur.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu