Türkiyədə 6 güləş medalı

10.05.2025

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Antalya şəhərində güləş üzrə gənclər (U20) arasında keçirilən “Çempionlar” turnirində Azərbaycan komandası 6 medal qazanıb.

Yarışda Turan Daşdəmirov (55 kq) və Ayxan Cavadov (60 kq), Tural Əhmədov (63 kq) gümüş medal qazanıblar. Komandamızın digər üzvləri Vədat Qasımlı (60 kq) və İsmayıl Rzayev (97 kq), Elmin Əliyev (82 kq) bürünc medala sahib olublar.

Yığmamız 122 xalla komanda hesabında 2-ci yeri tutub. İran (128) 1-ci, Qırğızıstan (115) isə 3-cü olub. Xatırladaq ki, “Çempionlar” turnirində II dərəcəli beynəlxalq hakimlər Xəyal Əliyev və Kamran Baxışov ədaləti qoruyub.

L.AZAD
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью