Türkiyədə 6 məşhur jurnalist polisə APARILDI

06.11.2025

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstanbul Baş Prokurorluğu “İmamoğlu işi” üzrə aparılan istintaq çərçivəsində 6 nəfərin ifadəsinin alınması barədə İstanbul Polis İdarəsinə göstəriş verib.

Modern.az xəbər verir ki, prokurorluğun açıqlamasına əsasən, ifadə verəcək şəxslər arasında tanınmış jurnalistlər Soner Yalçın, Şaban Sevinç, Aslı Aydıntaşbaş, Ruşen Çakır, Yavuz Oğhan və Batuhan Çolak var.

Onların “yalan məlumatı ictimai şəkildə yaymaq” və “cinayətkar dəstəyə yardım etmək” ittihamları üzrə ifadələr alınacaq.

Bildirilib ki, proses İstanbul Polis İdarəsində həyata keçiriləcək.

Qeyd edək ki, jurnalistlər bu gün səhər saatlarında evlərindən polis bölməsinə aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью