Türkiyədə 6.2 bal gücündə zəlzələdən sonra sunami təhlükəsi elan edilib

26.04.2025

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyəni İstanbul şəhərində aprelin 23-də baş verən 6.2 bal gücündəki zəlzələdən sonra 445 afterşok qeydə alınıb.

Oxu.Az-ın "Haber Global"a istinadla verdiyi məlumata görə, bu barədə Boğaziçi Universiteti Kandilli Rəsədxanasının hesabatında bəyan edilib.

Bildirilir ki, afterşoklar əsasən Orta Mərmərə və Kumburqaz seqmenti arasında, 15-20 kilometrlik bir sahədə cəmlənib. İlk əsas zəlzələdən sonra 5.2 bal gücündə iki böyük afterşok da yaşanıb.

O da qeyd olunur ki, Mərmərə bölgəsi və ətraf ərazilərdə hiss olunan zəlzələyə görə sunami xəbərdarlığı verilib.

"Müvafiq zəlzələdən altı dəqiqə sonra sunami xəbərdarlığı mesajlarımız ölkə daxilində AFAD-a, regionda isə sistemimizə üzv olan ölkələrin aidiyyəti qurumlarına göndərildi. Aparılan müşahidələr nəticəsində sunami xəbərdarlığı cihaz vasitəsilə təsdiqləndi. Yerli vaxtla saat 16:53-də isə sunami təhlükəsinin aradan qalxdığını bildirən mesaj yayımlanaraq xəbərdarlıq rəsmi şəkildə sonlandırıldı", - deyə hesabatda vurğulanıb.

Kandilli Rəsədxanası afterşokların bir müddət daha davam edəcəyini vurğulayıb və vətəndaşlara riskli binalardan uzaq durmaları tövsiyə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью