Türkiyədə 70 kilo qızılla tutulan azərbaycanlının kimliyi BİLİNDİ YENİLƏNİB | Icma.az
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə “Vadi İstanbul” ticarət mərkəzinin yaxınlığında taksidə üzərində 70 kiloqram qızılla saxlanılan azərbaycanlı hərbi attaşe ilə bağlı yeni detallar məlum olub.
Lent.az müsavat.com-a istinadən xəbər verir ki, Türkiyə mətbuatında M.Q.Ş.
kimi təqdim edilən həmin şəxs polkovnik-leytenant Məmmədov Qəhrəman Şamil oğludur.
Türkiyə mediasının yaydığı məlumata əsasən, o, qızıl qaçaqmalçılığı ilə bağlı ittiham olunur.
Hadisənin mahiyyəti Səudiyyə Ərəbistanı hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı aşkar edilib və 70 kiloqram qızılın qaçaq yolla daşınması ittihamların mərkəzində dayanır.
Azərbaycanın müvafiq dövlət qurumları məsələnin ciddiliyini nəzərə alaraq onu dərhal ölkəyə geri çağırıb və barəsində araşdırmalara başlayıb.
Məlumata görə, o, əvvəllər Azərbaycanın dövlət strukturlarında, xüsusən də 2017-2021-ci illərdə Müdafiə Nazirliyinə tabe olan müxtəlif vəzifələrdə çalışıb.
Tam oxu
Xəbəri oxu