Türkiyədə 700 illik Tövratı satmaq istəyənlər saxlanıldı FOTOLAR

05.06.2025

Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Kırşehirin Akpınar məhəlləsində 700 yaşı olduğu təxmin edilən dəri üzərində yazılmış 700 illik Tövrat aşkarlanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, jandarma üzvlərinin Akpınar-Ankara şosesində yolunda apardığı yoxlama zamanı bir avtomobili saxlanılıb: "Avtomobildə aparılan axtarış zamanı təxminən 700 il yaşı olduğu təxmin edilən, üzərində və içərisində naxışlar və simvollarla bəzədilmiş dəri üzərində əlyazma Tövrat tapılıb. Sürücü H.K. və onunla birlikdə olan S.G. saxlanılıblar. Traixi əlyazma Tövratın Kırşehir Muzey Müdirliyinə təhvil verilib. Fakt araşdırılır".

Türkiyə mətbuatı yazır ki, saxlanılanlar tarixi kitabı satmaq niyyətində olublar.

Zülfiyyə Mustafayeva
MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью