Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyənin İzmir şəhərinin Seferihisar və Menderes rayonlarında keçirilən növbəti əməliyyatlar zamanı ümumilikdə 89 qanunsuz miqrant saxlanılıb.
XQ xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizəsi Komandanlığı rəsmi məlumat yayıb.
Məlumata əsasən, Seferihisar rayonu sahillərində sahil mühafizəsi və jandarm bölmələrinin birgə keçirdiyi əməliyyat nəticəsində, aralarında uşaqların da olduğu 61 qanunsuz miqrant ələ keçirilib. Eyni əməliyyat çərçivəsində insan alveri və miqrant qaçaqmalçılığı ittihamı ilə daha iki şübhəli şəxs qanunvericiliyə uyğun olaraq həbs edilib.
Digər əməliyyat isə Menderes rayonu sahillərində baş tutub. Sahil mühafizəsi qrupları tərəfindən saxlanılan rezin qayıqdakı 28 qanunsuz miqrant təhlükəsiz şəkildə sahilə çıxarılıb.
Hər iki rayonda saxlanılan qanunsuz miqrantlar jandarm idarəsində sənədləşmə və tibbi yoxlanış prosedurlarından keçdikdən sonra deportasiya edilmələri üçün İzmir Vilayət Miqrasiya İdarəsinə təhvil veriliblər.