Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İstanbul, 17 sentyabr, AZƏRTAC
Türkiyənin 8 vilayətində 9 cinayətkar dəstəyə qarşı keçirilən əməliyyatlar zamanı 76 şübhəli saxlanılıb.
AZƏRTAC xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatına görə, bununla bağlı ölkənin Ağrı, Aydın, Çanaqqala, Kırklareli, Manisa, Samsun, Sivas və Van vilayətlərində əməliyyatlar keçirilib.
Əməliyyatlar zamanı Ağrı və Samsunda silah-sursat qaçaqmalçılığı, Kırklareli və Çanaqqalada mütəşəkkil şəkildə narkotik vasitələrin qanunsuz dövriyyəsi, Aydında isə miqrant qaçaqmalçılığı ilə məşğul olan şəxslər saxlanılıblar. Van, Sivas və Manisadakı şübhəlilərin isə müxtəlif üsullarla vətəndaşları dələduzluq yolu ilə aldatdıqları müəyyən edilib.
Araşdırma zamanı şübhəlilərin hesablarında ümumilikdə 3 milyard 230 milyon lirə aşkar olunub.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul