Oxumeni.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Los-Ancelesdəki Baş Konsulu Mehmet Baydar və Türkiyə Konsulu Bahadır Dəmir 27 yanvar 1973-cü ildə erməni terrorçunun hücumu nəticəsində qətlə yetiriliblər.
Oxuməni.az-ın "Yeni Şafak"a istinadən verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi ABŞ-da türk diplomatlarının ölüm ildönümü münasibətilə yazılı açıqlama yayıb.
"27 yanvar 1973-cü ildə ABŞ-da erməni terrorçunun dəhşətli hücumu nəticəsində qətlə yetirilmiş şəhidlərimiz Baş Konsul Mehmet Baydar və Konsul Bahadır Dəmirin xatirəsini ehtiramla yad edirik", - deyə nazirliyin məlumatında bildirilir.
27 yanvar 1973-cü ildə ABŞ-ın Santa-Barbara şəhərində Türkiyənin Los-Ancelesdəki səfiri Mehmet Baydar və konsul Bahadır Dəmir Ermənistan əsilli Qurqen Yanikyan tərəfindən qətlə yetirilib. Bu, ermənilərin türk diplomatlarına qarşı ilk sui-qəsdi idi.
77 yaşlı Qurqen Yanikyan, İranlı Yaniki adı altında gizlənərək, “Biltmore” otel kompleksində kirayə götürdüyü kottecdə Türkiyənin konsulluq işçiləri Baydar və Dəmir ilə görüşüb. Görüş zamanı o, Türkiyəyə hədiyyə təqdim edəcəyini vəd edib: yüz ildən çox əvvəl Osmanlı sarayından oğurlanmış bir əskinas və rəsm. Nahar zamanı Yanikyan qəfilən əsl kimliyini açıqlayaraq, əslində erməni olduğunu bildirib və diplomatlara atəş açıb.
1973-cü ilin iyulunda Yanikyan birinci dərəcəli qətlə görə ömürlük həbs cəzasına məhkum edilib. O, 1984-cü ildə ölümündən təxminən bir ay əvvəl səhhətinə görə şərti olaraq azadlığa buraxılıb.
Almaz Həsənli