Türkiyədə ağır avtoqəzada iki jandarma həlak olub

10.10.2025

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Türkiyənin Sakarya vilayətində xidmətdə olan jandarm maşını əks istiqamətdən gələn avtomobillə toqquşub.

Moderator.az "Habertürk"ə istinadən xəbər verir ki, hadisə vilayətin Akyazı rayonunda qeydə alınıb.

Qəza nəticəsində iki jandarma şəhid olub, digər avtomobildəki iki sərnişin yaralanıb.

Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım və jandarm əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Yol nəqliyyatın hərəkəti üçün bağlanıb. Hadisə ilə bağlı araşdırma başladılıb.

Hadisə ilə bağlı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya və Milli Müdafiə Nazirliyi şəhidlərin ailələrinə başsağlığı verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью