Türkiyədə ağır qəza

07.10.2025

Icma.az, Missiya.az portalına istinadən məlumat yayır.

Türkiyənin Mersin vilayətinin Erdemli rayonunda kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun xəndəyə aşması nəticəsində 5 nəfər ölüb, 14 nəfər yaralanıb.

Missiya.Az xəbər verir ki, hadisə səhər saatlarında Erdemlinin Güzeloluk məhəlləsinə gedən yolda, Kargagediği yaxınlığında baş verib.

İlkin məlumata görə, 33 VLP 55 dövlət nömrə nişanlı mikroavtobus hərəkətdə olarkən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi təxminən 3 metr dərinlikdəki xəndəyə düşüb.

Hadisə yerinə yanğınsöndürənlər, tibb briqadaları və jandarma əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanalara yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seyranə Quliyeva
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью