Türkiyədə ağır qəza: 5 nəfər öldü

01.12.2024

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Türkiyədə ağır avtomobil qəzası baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Hadisə Bartında yaşanıb. İnkum istirahət mərkəzindən Bartına hərəkət edən avtomobil idarəetmədən çıxaraq, qarşı tərəfdən gələn yük maşını ilə toqquşub.
Qəza yerinə gələn xilasetmə qrupları avtomobildə sıxışan 5 nəfərin hamısının həyatını itirdiyini müəyyən ediblər.
Cəsədlər Bartın Dövlət Xəstəxanasının morquna aparılıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью