Türkiyədə ağır qəza Ölən və yaralananlar var

03.12.2024

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyədə avtobus yük maşını ilə toqquşdu - Ölən və yaralananlar var

Türkiyənin Dənizli ətrafında şəhərlərarası avtobusun yük maşını ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bakupost.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

"Didimdən Alanyaya sərnişin daşıyan 60 yaşlı sürücünün idarə etdiyi şəhərlərarası sərnişin avtobusu yanacaqdoldurma məntəqəsindən çıxaraq yük maşınına çırpılıb", - məlumatda qeyd olunub.

Qəzanın qurbanının Bolqarıstan vətəndaşıdır. Zərərçəkmiş 20 nəfərdən üçünün vəziyyəti ağır qiymətləndirilir və onlar xəstəxanalara çatdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью