Icma.az, Ayna portalına istinadən məlumat verir.
Hadisə nəticəsində 11 nəfər ölüb, 27 nəfər yaralanıb
Turist avtobusu ilə yük maşınının toqquşması nəticəsində ən azı 11 nəfər ölüb, 26 nəfər yaralanıb. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Məlumata görə, qəza Manisa əyalətinin qərbində, Akhisar rayonunda, Gebze-Orhangazi-İzmir avtomobil yolundakı ödəniş məntəqəsinin yaxınlığında baş verib. Avtobus Bursadan İzmirə gedirmiş. Zərbənin təsiri ilə avtobus aşıb.
Yenilənmiş məlumata görə, yaralıların sayı 27-ya çatıb. "A Haber" televiziya kanalının məlumatına görə, 11 nəfər ölüb, 27 nəfər yaralanıb. Ölən və yaralananların hamısının Türkiyə vətəndaşı olduğu ehtimal edilir.
Hadisə yerinə bir neçə təcili yardım briqadası göndərilib. Qəzanın səbəbləri araşdırılır.