Türkiyədə ağır yol qəzası: 1 nəfər öldü, 16 nəfər yaralandı

30.08.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Diyarbəkir vilayətində ağır yol qəzası olub.

Avtosfer.az "Haber Global"a istinadən xəbər verir ki, Diyarbəkir-Eğil yolunda mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 16 nəfər yaralanıb. 

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. 

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Onlardan üçünün durumu ağırdır. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью