Türkiyədə ağır yol qəzası 1 ölü, 3 yaralı

28.10.2026

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyənin Mardin şəhərində ağır yol qəzası baş verib.

525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Midyat rayonunda kommersiya nəqliyyat vasitəsi ilə minik avtomobili toqquşub. Qəza axşam saatlarında Midyat-İdil avtomobil yolunda, Çayırlı məhəlləsi yaxınlığında baş verib.

Qəzada 4 nəfər xəsarət alıb. Hadisə yerinə səhiyyə, yanğınsöndürmə və jandarma qrupları göndərilib. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili yardımla Midyat Dövlət Xəstəxanasına aparılıblar.

Həkimlərin bütün səylərinə baxmayaraq, yaralılardan biri, 55 yaşlı Fadıl Toprak aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qəza ilə bağlı araşdırma başlayıb.

İbrahim Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью