Türkiyədə ağır yol qəzası: 3 nəfər öldü, 3 nəfər yaralandı

11.09.2025

Avtosfer saytına istinadən Icma.az xəbər verir.

Türkiyənin Kayseri şəhərində ağır yol qəzası baş verib.

Avtosfer.az "TRT Haber"ə istinadən xəbər verir ki, Kayserinin Melikqazi rayonunda iki avtomobilin toqquşması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə yerinə polis və tibb işçiləri göndərilib.

Yaralıların müalicəsi davam edir.

Qəzanın səbəbi araşdırılır.(ehuquq.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью