Türkiyədə ağır yol qəzası: 30 yaralı FOTO

24.11.2024

Icma.az, Manset portalına istinadən məlumat yayır.

Türkiyənin Afyonkarahisar vilayətinin Emirdağ rayonunda ağır zəncirvari yol qəzası baş verib.

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, qəza nəticəsində sərnişin avtobusu, evakuator və minik avtomobili toqquşub.

Hadisə Ankara istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin qarşılaşması zamanı qeydə alınıb.

Qəza nəticəsində 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Zərərçəkənlər təcili tibbi yardım vasitəsilə Afyonkarahisardakı müxtəlif xəstəxanalara çatdırılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью