Türkiyədə ağır yol qəzası baş verdi

20.03.2025

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Türkiyənin Aksaray şəhərində sərnişin avtobusu idarəetmədən çıxaraq xəndəyə aşıb.

Bu barədə “Report” yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, ağır yol qəzasında 20 nəfər xəsarət alıb.

Hadisə yerinə jandarm, təcili yardım, xilasedicilər cəlb olunub. Yaralılar təcili yardım maşınları ilə Aksaraydakı xəstəxanalara aparılıb.

Qeyd edilir ki, hadisəyə avtobusun sürücüsünün nəqliyyat vasitəsinə idarəetməni itirməsi səbəb olub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью