Türkiyədə ağır yol qəzası Ölən və yaralananlar var

10.11.2024

Icma.az, Modern.az saytına istinadən bildirir.

Türkiyənin Rizə şəhərinin Ardeşen rayonunda üç avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, səkkiz nəfər yaralanıb.

Modern.az “Anadolu”ya istinadən xəbər verir ki, Ardeşen-Çamlıhemşin avtomobil yolunun 3-cü kilometrində Kenan Yeniçırakın idarə etdiyi avtomobil ilə sürücüləri müəyyən edilməyən iki avtomobil toqquşub.

Məlumat əsasında hadisə yerinə təcili tibbi yardım və jandarma qrupları göndərilib.

Qəzada Kenan Yeniçırak və Turan Kuyumcu hadisə yerində keçiniblər.

Yaralanan səkkiz nəfər şəhərin müxtəlif xəstəxanalarına yerləşdirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью