Türkiyədə ağır yol qəzası olub, 22 nəfər yaralanıb

17.12.2024

Icma.az xəbər verir, Anews saytına əsaslanaraq.

Türkiyənin Manisa vilayətində ağır yol qəzası baş verib.Bu barədə "Cümhuriyyət”xəbər verir.

Hadisə Turqutlu rayonunda qeydə alınıb.İşçiləri daşıyan avtobusla yük maşınının toqquşması nəticəsində 22 nəfər yaralanıb. Onlardan ikisinin durumunun ağır olduğu bildirilir.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Qəza ilə bağlı araşdırma başladılıb.
www.anews.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью