Türkiyədə ağır yol qəzasında 30 nəfər yaralanıb

24.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Türkiyədə baş verən zəncirvari yol qəzasında 30 nəfər xəsarət alıb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Afyonkarahisarın Emirdağ rayonunda baş verib.

Belə ki, Ankara istiqamətində hərəkət edən sərnişin avtobusu evakuator və minik avtomobili ilə toqquşub.

Qəzada yaralanan 30 sərnişin Afyonkarahisardakı müxtəlif xəstəxanalara aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью