Türkiyədə ağır yol qəzasında 30 nəfər yaralanıb

24.11.2024

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Türkiyədə baş verən zəncirvari yol qəzasında 30 nəfər xəsarət alıb. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Afyonkarahisarın Emirdağ rayonunda baş verib.

Belə ki, Ankara istiqamətində hərəkət edən sərnişin avtobusu yük maşını və minik avtomobili ilə toqquşub.

Qəzada yaralanan 30 sərnişin Afyonkarahisardakı müxtəlif xəstəxanalara aparılıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью