Türkiyədə ailə məsləhət mərkəzləri ilə bağlı yeni qayda

07.11.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyədə ailə məsləhət mərkəzlərinin fəaliyyəti ilə bağlı yeni qaydalar müəyyənləşdirilib. Dəyişikliklərə əsasən, bu mərkəzlər müəyyən sayda vətəndaşa ödənişsiz məsləhət xidməti göstərməli olacaq.
Bizim.Media Türkiyə mediasına istinadən xəbər verir ki, Ailə və Sosial Xidmətlər Nazirliyi tərəfindən hazırlanan yeni Əsasnamə dövlət qurumları, eləcə də fiziki və hüquqi şəxslər tərəfindən yaradılan ailə məsləhət mərkəzlərinin fəaliyyətini tənzimləyir.
 

Sənəddə mərkəzlərin açılması üçün tələb olunan şərtlər, fəaliyyət prinsipləri və yoxlama mexanizmləri müəyyən edilib. Həmçinin bu müəssisələrdə çalışacaq ailə məsləhətçilərinin peşəkar ixtisas tələbləri də dəqiqləşdirilib.


Dəyişikliklərin diqqətçəkən məqamlarından biri isə mərkəzlərin müəyyən edilmiş xidmət tutumuna uyğun olaraq vətəndaşlara ödənişsiz məsləhət xidməti göstərmək öhdəliyidir.
Günay Şahmar, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью