Türkiyədə AJet təyyarəsində sərnişin öldü

26.09.2026

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin AJet aviaşirkətinə məxsus sərnişin təyyarəsi uçuş zamanı sərnişinlərdən birinin səhhətində yaranan problem səbəbindən marşrutunu dəyişərək Antalyaya eniş edib.

Bakıvaxtı.az xəbər verir ki, "Hava Sosyal Medya" portalının məlumatına görə, Mədinədən İstanbula uçan təyyarədə sərnişinlərdən biri qəfil ürək tutması keçirib.

Məlumata əsasən, Səudiyyə Ərəbistanından Türkiyəyə qayıdan qadının vəziyyəti uçuş zamanı ağırlaşıb. Təyyarədə olan həkim ona ilkin tibbi yardım göstərsə də, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Təyyarə Antalyaya endikdən sonra tibbi heyət sərnişinin vəfat etdiyini müəyyənləşdirib.

Murad İsmayıl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью