Türkiyədə Aleyna Tilki də daxil olmaqla məşhur şəxslər saxlanılıb

18.12.2025

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

Türkiyədə aktrisa İrem Sak, blogerlər Danla Bilic, Mümine Senna Yıldız və müğənni Aleyna Tilki saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" TRT “Haber”ə istinadən xəbər verir ki, bununla bağlı İstanbul Respublika Baş Prokurorluğu qərar verib.

Onlar “narkotik vasitələrdən istifadə” maddəsi üzrə ittiham olunurlar.

Ümumilikdə, 10 şübhəli şəxs barəsində tutulma qərarı verilib. Onlardan müğənni Yusuf Güney və aktrisa Melisa Döngel axtarılır.

Ökə xaricində olan sosial media fenomenləri Şeyma Subaşı, Şevval Şahin və Mert Vidinli barəsində də saxlanılma qərarı verilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью