Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az "Haber Globa"a istinadla xəbər verir ki, hadisə İzmir vilayətinin Urla rayonunda baş verib.
Məlumata görə, oğlu ilə birlikdə yaşayan 58 yaşlı qadın psixoloji sarsıntı nəticəsində leykemiya müalicəsi alan 19 yaşlı oğlunu öldürdükdən sonra öz həyatına da son qoyub.
Faciə bu səhər oğlunun təhsil aldığı xüsusi məktəbə getməməsindən sonra üzə çıxıb. Məktəb servisinin əməkdaşı gənci küçədə görmədiyi üçün onların evinə yollanıb. Qapının açıq olduğunu görən əməkdaş qonşularla birlikdə evə daxil olub. Onlar ana və oğlunu hərəkətsiz vəziyyətdə aşkar edərək polisə və təcili tibbi yardım xidmətinə məlumat veriblər.
Hadisə yerinə gələn polis və həkimlər ana ilə oğlunun həyatını itirdiyini müəyyən ediblər. Hazırda hüquq-mühafizə orqanları hadisənin başvermə səbəblərini araşdırır.
Həmidə İbrahimova