Türkiyədə anbar ərazisində güclü yanğın baş verib FOTO VİDEO

03.09.2026

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda güclü yanğın baş verib.

"Cebheinfo.az" bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Orhanlı Dəri Sənaye Bölgəsindəki bir fabrikdə genişmiqyaslı yanğın baş verib. Hansı səbəbdən başladığı hələ məlum olmayan yanğın sürətlə yayılıb. Fabrikdən yüksələn qatı tüstü ətrafdakı bir çox nöqtədən görünüb.

Hadisə yerinə çox sayda yanğınsöndürmə, polis və sağlamlıq qrupu göndərilib. Hazırda yanğının söndürülməsi ilə bağlı işlər davam edir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью