Türkiyədə Ankaranın paytaxt elan edilməsinin 103 cü ildönümü qeyd olunur

13.10.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Ankara, 13 oktyabr, AZƏRTAC

Türkiyə Cümhuriyyətinin ilk illərində Böyük Millət Məclisinin (parlament) toplandığı tarixi binada oktyabrın 13-də bayram tədbiri keçiriləcək. Tədbirdə Ankaranın ölkənin paytaxtı elan edilməsinin 103-cü ildönümü qeyd olunacaq.

AZƏRTAC xəbər verir ki, Ankara valisi tədbir iştirakçılarını paytaxt bölgəsi sakinlərinin Cümhuriyyətin qurucusu və ilk Prezidenti Mustafa Kamal Atatürkün rəhbərliyi ilə milli azadlıq mübarizəsinə verdikləri töhfələr barədə məlumatlandıracaq.

Tədbirlər proqramına görə, Ankaradakı bir neçə mərkəzi yol və prospekt müvəqqəti olaraq bağlanacaq.

Paytaxtın İstanbuldan Ankaraya köçürülməsi haqqında qanun 13 oktyabr 1923-cü ildə qəbul edilib və Anadoluda dövlət qurumlarının formalaşmasına təkan verib.

Təqribən 6 milyon əhalisi olan paytaxt Türkiyə Cümhuriyyətinin strateji qərar qəbuletmə mərkəzi olaraq qalır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью