Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin bəzi ərazilərində bir neçə saat fərqlə zəlzələlər olub.
Ölkə.Az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, ilk təkanlar bu gün yerli vaxtla 10:46 və 10:49-da Egey dənizində qeydə alınıb. Zəlzələlər 4.2 və 5 bal gücündə olub. Yeraltı təkanlar yerin 7 km dərinliyinə qeydə alınıb.
Növbəti zəlzələ isə yerli vaxtla saat 13:20-də Ankaranın Yenimahalle ərazisində qeydə alınıb.
3.5 ballıq zəlzələ ocağının isə 11.48 km dərinlikdə olduğu bildirilib.
Məlumata görə, zəlzələ Tunceli, Elazığ, Muş, Bingöl, Erzincan və Malatyada da hiss edilib.
Billurə Yunus


