Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyənin Kahramanmaraş şəhərində Aşıq Kamberi kimi tanınan 72 yaşlı xalq ozanı Kamber Biçici avtovağzalın tualetində ölü tapılıb.
Bizim.Media xəbər verir ki, terminalın tualetində hərəkətsiz vəziyyətdə olan şəxsi görənlər hadisə barədə aidiyyəti qurumlara məlumat veriblər. Aparılan yoxlama zamanı onun həyatını itirdiyi müəyyən edilib.
Mərhumun meyiti ölüm səbəbinin dəqiqləşdirilməsi üçün məhkəmə-tibbi ekspertiza morquna aparılıb. Polis hadisə ilə bağlı araşdırma aparır.
Bizim.Media