Türkiyədə Atatürkün büstünü oğurladılar

02.04.2025

Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.

Türkiyədə məktəblərin birində yerləşən Atatürkün büstü şəxsiyyəti məlum olmayan şəxs və ya şəxslər tərəfindən oğurlanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib.

Belə ki, bayram günlərində məktəbin boş olmasından istifadə edən naməlum şəxs və ya şəxslər məktəbin bağçasındakı Atatürk büstünü oğurlayıblar. Bazar ertəsi məktəbə gələn təhlükəsizlik işçisi vəziyyəti polis qruplarına xəbər verib.

Xəbər verildikdən sonra hadisə yerinə polis qrupu göndərilib. Hadisə yeri araşdırma qrupları ərazidə axtarış apararkən, ərazidəki təhlükəsizlik kameraları da nəzarət altına alınıb.

Polis hadisəni törədən və ya törədənlərin tutulması üçün əməliyyata başlayıb.

Oksana


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью