Türkiyədə avtobus ağır qəzaya düşdü: 18 nəfər yaralandı FOTO

16.12.2024

Manset saytından alınan məlumata görə, Icma.az bildirir.

İsparta-Eğirdir avtomobil yolunda sürücünün idarəetməni itirməsi nəticəsində sərnişin avtobusu aşıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 18 nəfər yaralanıb.
Bildirilir ki, “Aksel Səyahat” markalı avtobus xəndəyə aşıb. Hadisə yerinə təcili yardım, polis, xilasetmə və jandarm qrupları cəlb edilib.

Yaralılar təcili şəkildə yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə yerinə gələn İsparta valisi Abdullah Erin bir nəfərin öldüyünü bildirib. O əlavə edib ki, zərərçəkənlər arasında ağır xəsarət alanlar yoxdur. Bir nəfər daxili qanaxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib, qalanlarının vəziyyəti stabildir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью