Türkiyədə avtobus qəzaya uğrayıb: 16 nəfər yaralanıb

29.05.2026

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyədə Aksaray-Nevşehir avtomobil yolunun 45-ci kilometrliyində səhər saatlarında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 16 nəfər xəsarət alıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, ilkin məlumata görə, hadisəyə səbəb yolun sürüşkən olmasıdır. İnformasiyaya əsasən, yağış nəticəsində yol sürüşkən olub və sürücü idarəetməni itirərək avtomobili ayrıcı zolağa çırpıb.

Hadisə zamanı avtobusda 45 sərnişin, 2 sürücü, 1 köməkçisi olub.

Bölgəyə çoxsaylı polis, jandarma, təcili yardım və yanğınsöndürmə heyəti göndərilib. Yaralılar Aksaray və Nevşehirdəki xəstəxanalara aparılıb. Başqa sərnişinlər digər avtobusla yola davam ediblər.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью