Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyənin avtomobil sənayesində ixrac iyun ayında ən çox həddə malik sektor kimi qeydə alınıb və 3,8 milyard dollara çatıb. Bu, Türkiyə İxracatçılar Şurasının (TİM) məlumatlarında bildirilir.
Ən çox ixraca malik sektorlar arasında kimyəvi maddələr və kimya məhsulları 3,3 milyard dollarla ikinci, polad sektoru isə təxminən 1,8 milyard dollarla üçüncü yerdədir. İyun ayında ixracda ən yüksək faiz artımına gəmilər, yaxtalar və xidmətlər nail olub.
Türkiyə ixracatının 82,3 faizini təşkil edən sənaye qrupunun ixracatı iyun ayında 23 faiz artımla 17,9 milyard dollar olaraq hesablanıb. Ötən ay ixracın 14,5 faizini təşkil edən kənd təsərrüfatı sektoru 24,6 faiz artımla təxminən 3,2 milyard dollara, ixracın 3,2 faizini təşkil edən mədənçilik sektoru isə 41,2 faiz artımla 692,6 milyon dollara çatıb.
Ötən ay ən çox ixrac edilən üç ölkə 1,8 milyard dollarla Almaniya, 1,3 milyard dollarla ABŞ və 1,2 milyard dollarla Birləşmiş Krallıq olub. Bu dövrdə ən çox ixrac edilən üç şəhər 8,6 milyard dollarla İstanbul, 2,5 milyard dollarla Kocaeli və 1,7 milyard dollarla Bursa olub.
M.MİRZƏ
XQ