Türkiyədə avtomobil yuyan kişinin faciəli ölümü anbaan kameraya düşdü

30.05.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Türkiyənin Manisa şəhərində avtomobil yuyan kişi faciəli şəkildə həyatını itirib.

Oxu.Az İHA agentliyinə istinadən xəbər verir ki, faciə anbaan avtoyuma məntəqəsinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Belə ki, kişi minik avtomobilinin salonunu təmizləməyə hazırlaşarkən yanacaq çənindən sızan benzin anidən alovlanıb. Kişini hadisə yerinə gələn yanğınsöndürənlər çıxarıblar. Onu xəstəxanaya çatdırmaq mümkün olsa da, həkimlər şəxsin həyatını xilas edə bilməyiblər.

Türkiyədə avtomobil yuyan kişinin faciəli ölümü anbaan kameraya düşdü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью