Türkiyədə axtarışda olan şəxslər Ermənistanda saxlanılıb

19.01.2025

Icma.az, Anews portalına istinadən məlumat yayır.

Türkiyədə uzun illərdir qırmızı bülletenlə axtarışda olan şəxslər Ermənistanda tutularaq ölkəyə gətirilib.Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Açıqlamada, mütəşəkkil cinayət qruplarına qarşı aparılan əməliyyat tədbirləri çərçivəsində qırmızı bülletenlə axtarışda olan qruplaşmanın rəhbəri Ercan Yılmaz və təşkilat üzvü İbrahim Kaymakın qruplar tərəfindən Ermənistanla edilən görüşlərin ardından Türkiyəyə gətirildiyi bildirilib.

Nazirliydən bildirilib ki,Ercan Yılmazın 15 il, İbrahim Kaymak isə 6 ildir ki, axtarışda olub.
www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью