Adelet.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın Ankaradakı Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında Türkiyənin Qazi Universitetində “Azərbaycan dili hazırlıq kursları”na qeydiyyat başlayıb.
Layihənin məqsədi Azərbaycan dilini və mədəniyyətini beynəlxalq səviyyədə tanıtmaq, bu irsi daha geniş kütlələrə çatdırmaqdır.
Kurs çərçivəsində Azərbaycana maraq göstərən şəxslərə dil öyrənmək imkanı yaradılmaqla yanaşı, onlar Azərbaycanın tarixi, ədəbi və mədəni dəyərləri ilə dərindən tanış ediləcəklər.
Kursa dair əsas məlumatlar:Kursa Azərbaycan dilinə marağı olan bütün şəxslər müraciət edə bilər.Müraciətlər rəsmi e-poçt vasitəsilə qəbul olunacaq və müraciət edənlər müsahibəyə dəvət olunacaqlar.Bütün tədris materialları Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmin ediləcək.Kursu uğurla bitirənlərə rəsmi sertifikat təqdim olunacaq.Kurs müddəti: 6 ay.Kurs ÖDƏNİŞSİZdir.Kursların iştirakçıları üçün azərbaycanlı tanınmış şəxslər, ictimaiyyət, mədəniyyət xadimləri ilə görüşləri və Azərbaycanın milli dəyərləri, mədəniyyəti və s.
mövzulara dair maraqlı müzakirələr təşkil ediəcəkdir. Qəbul üçün tələb olunan sənədlər:Şəxsiyyət vəsiqəsiFotoCVNiyyət məktubu Dərslərin başl
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.