Türkiyədə azərbaycanlı avtobusun altında qalıb öldü

21.05.2025

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


İstanbulda küçədə səki ilə hərəkət edən Azərbaycanəsilli bir şəxs faciəvi şəkildə həlak olub.

Bakupost.az “DHA” agentliyinə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Sözügedən şəxs səki ilə hərəkət edərkən özünü pis hiss edib və huşunu itirərək yolun hərəkət hissəsinə yıxılıb. Bu zaman o, yoldan keçən avtobusun altında qalaraq oradaca həlak olub.

Hadisənin görüntüləri yaxınlıqda yerləşən obyektin kamerasına əks olunub.

Həmin görüntüləri təqdim edirik:


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью