Türkiyədə azərbaycanlı dueli

24.10.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Türkiyə I Liqasının XII turunun açılış qarşılaşmasında Azərbaycan millisinin eks-üzvləri Ozan Can Kökçü və Elvin Yunuszadənin şərəfini qoruduğu komandalar qarşılaşıblar.

Futbolpress.az xəbər verir ki, “Bolu Atatürk” stadionunda təşkil olunan matçda Ozan Can Kökçünün formasını geyindiyi “Vanspor” səfərdə Elvin Yunuszadənin çıxış etdiyi “Boluspor”u 3:0 hesabı ilə darmadağın edib.

Türkiyə I Liqası 

Boluspor – Vanspor 0:3

Qollar: Hikmet Çiftçi, 58 (pen.), İlkan Sever, 70, Alvaro de Oliveyra, 90+6

Milli komandamızın keçmiş üzvü Ozan Can Kökçü “Vanspor”un əsas heyətində meydana daxil olaraq 79-cu dəqiqədə əvəzlənib. “Boluspor”un ehtiyat skamyasında yer alan Elvin Yunuszadə isə yalnız 90-cı dəqiqədə şans qazandığı üçün həmyerlilərimiz meydanda eyni vaxtda mübarizə aparmaq imkanı əldə etməyiblər.

Bu zəfərdən sonra aktivindəki xalların sayını 10-a çatdıran “Vanspor” turnir cədvəlinin 17-ci sırasına yüksəlib. Aktivində cəmi 1 xal olan “Boluspor” isə 20 komandalı çempionatın sonuncu pilləsində qərarlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью